Diyarbəkirdə baş verən yanğında 2-si uşaq olmaqla 3 nəfər ölüb

Diyarbəkirdə baş verən yanğında 2-si uşaq olmaqla 3 nəfər ölüb backend

Diyarbakır valisi Murat Zorluoğlu 13 mərtəbəli binada baş verən yanğın nəticəsində xəstəxanaya aparılan 17 nəfərdən 3-nün, o cümlədən 2-sinin uşaq olduğunu açıqlayıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, mərkəzi Qayapınar rayonu Fırat məhəlləsində 13 mərtəbəli binada naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıq üzərinə əraziyə çox sayda xilasetmə, 112 Təcili Sağlamlıq və polis qrupları gəlib.

Güclü tüstünün olduğu binadan vətəndaşlar təxliyə edilib. Bəzi vətəndaşlar kranın köməyi ilə binadan çıxarılıb.


Diyarbakır valisi Murat Zorluoğlu xəstəxanaya çatdırılan 17 nəfərdən 2-si uşaq 3 nəfərin həyatını itirdiyini açıqlayıb.

Yanğın qrupların müdaxiləsi ilə nəzarətə götürülüb, soyutma əməliyyatı davam edir.

QAZİLER.AZ

Diaspora