Türkiyənin Malatya bölgəsinin Yeşilyurt səmtində ciddi ziyan dəymiş binanın sökülməsi zamanı səkkizinci mərtəbənin eyvanında asılan Türkiyə bayrağını görən tikinti texnikası operatoru işini dayandırıb, həyatını riskə ataraq bayrağı aşağı salıb.
Malatyanın Yeşilyurt səmtində 12 mərtəbəli, qəzalı vəziyyətdə olan binanın sökülməsi zamanı diqqətçəkən hadisə baş verib.
Qaziler.az Söküntünü həyata keçirən tikinti texnikası operatoru səkkizinci mərtəbədəki binanın eyvanında Türkiyə bayrağının asıldığını görüb işini dayandırıb.
Sökülməsi gözlənilən binaya qalxan operator eyvandan Türkiyə bayrağını götürərək sağ-salamat enib.
Bu anlardan dərhal sonra bina nəzarətli şəkildə sökülüb.
Operatorun həssaslığı digər işçilər tərəfindən mobil telefon kameraları ilə qeydə alınıb.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və hadisə böyük rəğbətlə qarşılanıb.
QAZİLER.AZ

