Tbilisidə 3 nəfər yaralanıb, onlardan biri klinikada ölüb

Tbilisidə 3 nəfər yaralanıb, onlardan biri klinikada ölüb backend

Tiflisdə lüləli silahdan istifadə zəminində baş verən davada 3 nəfər xəsarət alıb. Bu, dünən metronun Qrmagele stansiyasının yaxınlığında baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təcili tibbi yardım briqadaları yaralıları tibb müəssisəsinə çatdırıb, onlardan biri orada ölüb.

“Aparılmış əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində iki və ya daha çox şəxsə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən 1985-ci il təvəllüdlü vətəndaş Z. P. saxlanılıb.

Bu cinayətin cəzası 20 ilədək həbs və ya ömürlük həbsdir”, - Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

QAZİLER.AZ

Diaspora