İsveç hökuməti İsveç Silahlı Qüvvələrinə NATO-nun Ukraynaya dəstəyi üçün 550 milyon İsveç kronunun ayrılmasını tapşırıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna İsveç hökumətinin saytına istinadən məlumat yayıb.
İsveç Ukraynaya 19-cu dəstək paketindən 27 milyon dollardan çox olan 550 milyon İsveç kronu ayıracaq.
Hazırda məlum olduğu kimi, Ukraynaya dəstək məqsədilə NATO-nun Hərtərəfli Yardım Paketi Etimad Fonduna 300 milyon İsveç kronu yatırılacaq.
Fond Ukraynanın tələb etdiyi qeyri-öldürücü hərbi yardımın alınması üçün istifadə olunur, məsələn:
tibbi avadanlıq,
nəqliyyat vasitələri,
yanacaq və s.
QAZİLER.AZ