Qazaxıstan ölkə konstitusiyasının 30 illiyi münasibətilə 15 min məhbusun amnistiyaya çıxarılmasını istəyir.
Qaziler.az xəbər verir ki, bu barədə TASS-a Qazaxıstan parlamenti Məclisinin (aşağı palata) deputatı Nikolay Arsyutin məlumat verib.
“Amnistiya qanunu 15,1 min nəfəri əhatə edir, onlardan 4,2 min nəfəri həbsdən azad edilməlidir”, - Arsyutin bildirib.
Qazaxıstan parlamentari əlavə edib ki, amnistiyaya düşən ölkə vətəndaşlarının əksəriyyəti sınaq nəzarətinə götürüləcəklərinə ümid edə biləcəklər. Digər hallarda onların həbs müddəti azaldılır.
Qeyd edək ki, Qırğızıstan prezidenti Sadır Japarov respublikanın məhkum olunmuş sabiq prezidenti Almazbek Atambayevə mümkün amnistiya elan edib.
QAZİLER.AZ