Özü ilə odlu silah və 16 ədəd patron götürərək Türkiyə ilə sərhədi qanunsuz keçməyə cəhd edən əcnəbi vətəndaş Gürcüstanda saxlanılıb.
Qaziler.az bildirir bu barədə "qruziya onlayn" məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, 18 yaşlı G.Ş. nəzarət-buraxılış məntəqəsini keçərək ölkə ərazisinə qanunsuz daxil olub. Baxış zamanı ondan tapança və döyüş sursatları götürülüb.
Qanunu pozan şəxs barəsində dərhal iki maddə ilə cinayət işi açılıb: sərhədi qanunsuz keçmə və silah saxlama.
İndi onu 6 ilə qədər həbs gözləyir.
QAZİLER.AZ