Ankarada yumurta istehsalı müəssisəsində yanğın baş verib

Ankarada yumurta istehsalı müəssisəsində yanğın baş verib backend

Ankaranın Çubuk rayonunda bir şirkətə məxsus yumurta istehsal edən müəssisədə baş verən yanğında 1 nəfər tüstüdən zərər çəkib, minlərlə toyuq tələf olub.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, rayonun Yakuphasan məhəlləsindəki yumurta istehsalı müəssisəsində naməlum səbəbdən yanğın baş verib.

Alov sürətlə yayıldığına görə hadisə yerinə xilasedicilər və sağlamlıq qrupları göndərilib. Jandarma qrupları da bölgədə geniş təhlükəsizlik tədbirləri aldı.

Minlərlə toyuğun öldüyü yanğında 1 nəfərin tüstüdən təsirləndiyi və sağlamlıq qrupları tərəfindən müalicə edildiyi bildirilir.

QAZİLER.AZ

Diaspora