İyunun 4-də günortadan sonra Rusiya ordusu Ukraynanın Poltava vilayətində Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Quru Qoşunlarının bəyanatına istinadən xəbər verir.
“Təcavüzkarın arxa cəbhələrə davamlı raket və hava hücumları təhlükəsi qarşısında hərbçilərin həyat və sağlamlığının qorunması üçün vaxtında və diqqətlə düşünülmüş təhlükəsizlik tədbirləri sayəsində ən pis nəticədən qaçmaq mümkün olub”, - deyə məlumatda bildirilir.
Xəbərdarlıq zamanı dağılışmaq, gizlənmək və protokollara riayət etməklə poliqonda təlim keçən əsgərlərin həyatı xilas edilib.
Xatırladaq ki, bu gün səhər saatlarında Poltavada hava hücumu ilə bağlı həyəcan siqnalı zamanı partlayış gurultusu eşidildi. Hərbi Hava Qüvvələri şəhər istiqamətində ballistik raket hücumu barədə xəbərdarlıq edib.
QAZİLER.AZ