Rusiya Silahlı Qüvvələri Donetskdə və Sumıda yaşayış məntəqələrini ələ keçirib

Rusiya Silahlı Qüvvələri Donetskdə və Sumıda yaşayış məntəqələrini ələ keçirib backend

Rusiya Silahlı Qüvvələri (RF) Ukraynanın Donetsk vilayətinin Redkodub və Sumı vilayətinin Kondratovka yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə iyunun 4-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Rusiya qoşunları Sumı vilayətində İskriskovşina, Petruşka, Sadki, Nakovka, Novaya Seç, Pisareva, Xotet, Pavlovka və Velikiy Prikol yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin  canlı qüvvəsi və texnikasını darmadağın edib.

"USQ-nin itkiləri 230-dan çox hərbçi, iki tank, üç döyüş zirehli texnikası, doqquz avtomobil və beş səhra artilleriya qurğusu olub. Bir radiolokasiya stansiyası və iki sursat anbarı məhv edilib", - nazirliyin məlumatında deyilir.

Rusiya ordusu həmçinin Donetskdə bir tank, dörd döyüş zirehli texnikası, 13 avtomobil və üç artilleriya qurğusunu məhv edib. Bundan əlavə, “Quertus” və “Anklav” elektron döyüş stansiyaları, həmçinin beş sursat anbarı məhv edilib.

QAZİLER.AZ

Diaspora