FTX Çelyabinskdə terror hücumuna cəhd edən şəxsi saxlayıb

FTX Çelyabinskdə terror hücumuna cəhd edən şəxsi saxlayıb backend

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Çelyabinsk vilayəti üzrə idarəsinin əməkdaşları yerli sakinin hökumət binasını yandırmaq cəhdinin qarşısını alıblar.

Qaziler.az bildirir ki, bu barədə iyunun 4-də idarənin mətbuat xidməti məlumat yayıb.

"Hökumət binasını yandırmağa cəhd edən, sonra isə cinayət yerindən qaçan yerli sakin saxlanılıb", - məlumatda deyilir.

İdarə qeyd edib ki, şübhəli şəxs barəsində “Terror aktı törətməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

Hazırda əldə edilmiş sübutların birləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

QAZİLER.AZ

 

 

Diaspora