Prezident Vladimir Zelenski İqor Skibiuku Ukrayna Silahlı Qüvvələrinin Hava Desant Hücum Qoşunlarının komandanı vəzifəsindən azad edib. Onun yerinə Oleq Apostolu təyin etdi.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna dövlət başçısının müvafiq fərmanlarına istinadən məlumat yayıb.
“İqor Anatolyeviç Skibiuk Ukrayna Silahlı Qüvvələrinin Hava Desant Hücum Qoşunlarının komandiri vəzifəsindən azad edilsin”, – 382 nömrəli sərəncamda deyilir.
Eyni zamanda, prezident Oleq Apostolu Hava Desant Hücum Qoşunlarının yeni komandiri təyin edib. Bundan əvvəl o, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin müavini olub.
QAZİLER.AZ