Türkiyənin Balıkesir bölgəsinin Dursunbey rayonunda baş verən meşə yanğınının nəzarət altına alınması üçün işlər aparılır.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Dursunbey rayonu, Adaören məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Yanğını görənlərin xəbəri üzərinə Balıkesir Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi və Meşə Region Müdirliyi qrupları əraziyə sövq edildi.
Yanğınsöndürənlər yanğını nəzarət altına almaq üçün havadan və qurudan müdaxilə etməyə davam edir.
QAZİLER.AZ
