Qırğızıstanın keçmiş prezidenti qiyabi olaraq azadlıqdan məhrum edilib

Qırğızıstanın keçmiş prezidenti qiyabi olaraq azadlıqdan məhrum edilib backend

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qaziler.az bildirir ki, bu barədə iyunun 3-də "Sputnik Qırğızıstan" məlumat yayıb.

“Pervomayski Məhkəməsi həmçinin keçmiş prezidentin əmlakının müsadirə edilməsi və onun dövlət mükafatlarından məhrum edilməsi haqqında qərar çıxarıb”, - nəşrin Teleqram kanalında aydınlıq gətirilib.

Atambayev ölkənin Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, Bişkek İstilik Elektrik Stansiyasının (İES) modernləşdirilməsi zamanı korrupsiyada və avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.

QAZİLER.AZ

Diaspora