Sankt-Peterburqda yanğında ölənlərdən sonra cinayət işi açılıb

Sankt-Peterburqda yanğında ölənlərdən sonra cinayət işi açılıb backend

Rusiyanın Sankt-Peterburq şəhərində Obvodnıy kanalının sahilindəki yaşayış binasında baş verən yanğında iki nəfərin ölməsi ilə bağlı cinayət işi açılıb.

Qaziler.az bildir ki, bu barədə iyunun 3-də Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Müstəntiqlər hadisə yerində işləyir, hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər", - idarənin Telegram kanalında aydınlıq gətirilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (“Ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olma”) ilə cinayət işi açılıb.

QAZİLER.AZ

Diaspora