Niderland hökuməti ifrat sağçı Azadlıq Partiyasının (PVV) hakim koalisiyadan çıxmasından sonra istefaya gedir.
Qaziler.az bildirir ki, bu barədə iyunun 3-də Nazirlər Şurasının iclasından sonra baş nazir Dik Sxof bildirib.
O qeyd edib ki, PVV-nin getməsi ilə parlamentin aşağı palatasının hökumətə kifayət qədər dəstəyi yoxdur. Baş nazir əlavə edib ki, PVV nazirlərinin istefasını istəmək üçün Kral Villem-Aleksanddrın yanına getmək niyyətindədir.
X sosial şəbəkəsində (keçmiş Twitter) kabinet səhifəsində yayımlanan iclasda Sxof əlavə edib: "Hökumətin qalan hissəsi müvəqqəti hökumət kimi xidmət etməyə davam edəcək".
"Reuters"in qeyd etdiyi kimi, Sxof çox güman ki, oktyabrın ortalarından tez olmayan yeni parlament seçkilərini təyin edəcək.
QAZİLER.AZ