Zelenski sammitdə iştirak etmək üçün Vilnüsə gedib

Zelenski sammitdə iştirak etmək üçün Vilnüsə gedib backend

Ukrayna prezidenti Vladimir Zelenski iyunun 2-də Litvanın paytaxtına gəlib. O, "Buxarest doqquzluğu"nun sammitində iştirak edəcək.

Qaziler.az bildirir ki, bu barədə Litvanın LRT telekanalı məlumat yayıb.

Məlum olduğu kimi, Zelenski Vilnüsdə “Buxarest doqquzluğu” və Şimali Avropa ölkələrinin sammitində iştirak edəcək. Görüş region ölkələri tərəfindən NATO-nun Haaqa sammiti ərəfəsində öz mövqelərini əlaqələndirmək üçün təşkil edilir. Orada Ukraynaya gələcək dəstəyin müzakirə olunacağı gözlənilir.

Əlavə edək ki, “Buxarest doqquzluğu” 2015-ci ildə yaradılıb. Buraya Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Latviya, Litva və Estoniya daxildir.

QAZİLER.AZ

Diaspora