Hakan Fidan Rusiya və Ukrayna arasında danışıqların açılışında iştirak etməyi planlaşdırır

Hakan Fidan Rusiya və Ukrayna arasında danışıqların açılışında iştirak etməyi planlaşdırır backend

Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak edə bilər.

Görüşün moderatorluğunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanın edəcəyi planlaşdırılır.

Qaziler.az bildirir ki, bu barədə iyunun 2-də TASS-dakı mənbə məlumat verib.

“Görüşdə MİT-in direktoru İbrahim Kalının da iştirak edəcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.

Nümayəndə heyətlərinin görüşü Bakı vaxtı ilə saat 14:00-a planlaşdırılıb. Xarici işlər naziri Hakan Fidanın rəhbərliyi altında keçiriləcək. Onun çıxışının da canlı yayımlanacağı dəqiqləşib.

QAZİLER.AZ

Diaspora