Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın dünən axşam HƏMAS Siyasi Bürosunun sədr müavini Halil Hayye ilə telefon danışığı aparıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Kalın-Hayye danışığında ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkofun rəhbərliyi altında HƏMAS-a çatdırılan son təkliflər çərçivəsində aparılan atəşkəs danışıqlarında əldə olunan son mərhələyə toxunulub. Türkiyənin Qəzzada baş verən humanitar faciə və dağıntılara son qoyulması və təcili yardımların çatdırılması üçün beynəlxalq ictimaiyyətlə birgə səyləri qeyd edilib.
Türkiyənin Fələstin xalqının yanında olduğu vurğulanan görüşdə əsir mübadiləsi və humanitar yardımların keçməsinə icazə verilməsi ilə bağlı təcili icazə verilməsi və qalıcı atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
Görüşdə ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb, Qəzzadakı humanitar faciəyə son qoyulması üçün beynəlxalq ictimaiyyətin İsrailə təzyiq göstərməsinin vacibliyi vurğulanıb.
QAZİLER.AZ