İstanbulun Çırağan sarayında partlayıcı qurğular axtarılıb

İstanbulun Çırağan sarayında partlayıcı qurğular axtarılıb backend

İstanbulda Rusiya-Ukrayna danışıqları yerində bomba olub-olmaması yoxlanılıb

Qaziler.az RİA-Novosti-yə istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları iyunun 2-də Rusiya və Ukrayna arasında danışıqların keçiriləcəyi İstanbuldakı Çırağan sarayında yoxlama aparır. Mütəxəssislər bomba və partlayıcı qurğular axtarırlar.

Agentliyin məlumatına görə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü bakı vaxtı ilə saat 13:00-a planlaşdırılıb. Hazırda Çırağan sarayında itlərlə axtarış aparılır, girişdə turniketlər quraşdırılır. Təhlükəsizlik xidməti içəri daxil olan insanları yoxlayacaq.

Jurnalistlər hələlik əraziyə buraxılmayıb.

QAZİLER.AZ

Diaspora