Rusiya ilin əvvəlindən müharibədə 190 min əsgər itirib - Sırski

Rusiya ilin əvvəlindən müharibədə 190 min əsgər itirib - Sırski backend

Rusiya ilin əvvəlindən müharibədə 190 min əsgər itirib ki, bu da Pskov əhalisinə bərabərdir.

Rusiyanın 2025-ci ilin ilk beş ayında Ukraynaya qarşı müharibədə itkiləri 190 min nəfəri keçib. Ümumilikdə Rusiya artıq 986 min əsgər itirib.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Telegram-da  məlumat verıb.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının qeyd etdiyi kimi, ilin əvvəlindən rus işğalçıları müharibədə artıq 194 min 140 nəfər itirib.

"Ukrayna Müdafiə Qüvvələri düşməni məhv edərək səmərəli döyüş işlərini davam etdirir. Müdafiəçilər, gündəlik mübarizənizə və ölkənin azadlığını və müstəqilliyini müdafiə etdiyinizə görə təşəkkür edirik", - Sırski əlavə edib.

QAZİLER.AZ

Diaspora