Rusiya Mi-35M helikopterlərini Belarusa göndərib

Rusiya Mi-35M helikopterlərini Belarusa göndərib backend

Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlıq (MTK) haqqında saziş çərçivəsində Rusiyanın Mi-35M helikopterlərinin partiyası Belarusa gəlib.

Qaziler.az bildirir ki, bu barədə mayın 30-da Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün 50-ci qarışıq aviasiya bazasının mühüm, əlamətdar hadisəsi var. Çox vacibdir ki, aviabazanın 45-ci ildönümündə biz müasir Mi-35M helikopterlərinin daha bir partiyasını aldıq", - Baş Qərargah rəisi, Belarus Hərbi Hava Qüvvələri komandanının birinci müavini, general-mayor Sergey Frolovun Telegram kanalına verdiyi açıqlamada deyilir.

General qeyd edib ki, bu gün bu helikopter bütün döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.

"Bizim vəzifəmiz yenidən silahlanmanın səriştəli, ehtiyatlı planlaşdırılması və bütün çağırış və təhdidlərə adekvat cavab verməkdir", - Baş Qərargah rəisi yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora