Hakan Fidan bir il ərzində Ukraynada nizamlanmanın mümkünlüyünə işarə edib

Hakan Fidan bir il ərzində Ukraynada nizamlanmanın mümkünlüyünə işarə edib backend

Ukraynada münaqişənin sülh yolu ilə həllinə bir il ərzində nail olmaq olar.

Qaziler.az izvestiya.ru-ya istinadən bildirir ki, bu barədə mayın 30-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sıbiqa ilə birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.

"Bizim qarşımızda iki yol var: ya bu münaqişənin davam etməsinə icazə verəcəyik, ya da bu il ərzində daimi sülhə nail olacağıq. Vasitəçilik səylərimiz nəticəsində müəyyən irəliləyiş əldə edə bilərik", - deyə Fidan qeyd edib.

Çıxış Türkiyə Xarici İşlər Nazirliyinin YouTube kanalında yayımlanıb.

Nazirin sözlərinə görə, əsirlərin mübadiləsinə dair razılaşmaların sürətlə həyata keçirilməsi Moskva ilə Kiyev arasında aparılan danışıqların konkret nəticələr verə biləcəyini sübut edib.

Fidan onu da vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi hələ də mübahisəli olaraq qalır və alyans daxilində müxtəlif mövqelər var.

QAZİLER.AZ

Diaspora