Ukrayna Rusiya ilə növbəti danışıqlara hazırdır. Amma görüşdən əvvəl Moskvadan mümkün atəşkəslə bağlı “memorandum” almaq istəyir.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Prezident Aparatının rəhbəri Andriy Yermaka istinadən məlumat yayıb.
"Ukrayna növbəti görüşdə iştirak etməyə hazırdır, lakin biz konstruktiv müzakirələrə qoşulmaq istəyirik. Bu o deməkdir ki, Rusiyadan layihənin alınması vacibdir", - Yermak qeyd edib.
Xatırladaq ki, Rusiya danışıqların ikinci raundunun iyunun 2-də İstanbulda keçirilməsini təklif etmişdi. Moskva “memorandum”u mümkün atəşkəslə bağlı vizyonu ilə orada təqdim edəcəyini bildirib.
Ukrayna isə növbəti görüşə qədər Rusiyanın təkliflərini almaq istədiyini bildirir.
QAZİLER.AZ