Rusiya mayın 30-na keçən gecə Odessa vilayətinə pilotsuz təyyarələrlə hücum edib. Düşmənin pilotsuz təyyarələri İzmaildə “Novaya poçta”nın filialını məhv edib.
Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Odessa vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin "Facebook" hesabında məlumat yayılıb.
"Dronların hücumu nəticəsində yanğın baş verib və Odessa vilayətində "Novaya Poçta"nın filialı dağılıb", - məlumatda deyilir.
Həmçinin düşmənin hücumu nəticəsində yaxınlıqdakı yük maşınlarına da ziyan dəyib.
Rusiya dronları 300 kvadratmetr ərazini əhatə edən yanğına səbəb olub.
Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, ölən və xəsarət alan olmayıb.
QAZİLER.AZ







