Türkiyənin 6 vilayətində həyata keçirilən əməliyyatlarda İnterpolun axtardığı 23 nəfər tutulub.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Təhlükəsizlik Baş İdarəsi tərəfindən koordinasiya edilən beynəlxalq cinayətkarların tutulmasına yönəlmiş əməliyyatı sosial media hesabında paylaşıb.
Buna görə; 11 ölkə tərəfindən İnteropol qırmızı bülleteni ilə axtarılan 13 nəfər, mavi bülletenlə axtarışda olan 1 nəfər və yayılma mesajı ilə axtarılan 9 nəfər olmaqla, 6 vilayətdə həyata keçirilən əməliyyatda ümumilikdə 23 şübhəli yaxalanıb.
Şübhəlilərin "cinayət təşkilatına üzv olmaq", "qəsdən adamöldürmə", "cinsi təcavüz", "fırıldaqçılıq" və "narkotik ticarəti" cinayətləri ilə bağlı axtarışda olduqları müəyyən edilib.
Şübhəlilər vilayət miqrasiya idarəsi müdirliklərinə təhvil verilib və deportasiya əməliyyatları başlanıb.
QAZİLER.AZ