Rusiya Xarkov yaxınlığındakı müəssisəni raketlərlə vurdu - FOTO

Rusiya Xarkov yaxınlığındakı müəssisəni raketlərlə vurdu - FOTO backend

Mayın 29-u axşam Rusiya ordusu Xarkov ətrafında yerləşən müəssisəyə ikiqat raket zərbəsi endirib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xarkov vilayətinin prokurorluğuna istinadən xəbər verir.

İstintaqın məlumatına görə, mayın 29-da yerli vaxtla saat 18:30 radələrində Rusiya silahlı qüvvələri Xarkov ətrafına raket zərbəsi endirib. Zərbə Çuqevski rayonunda mülki müəssisənin ərazisində qeydə alınıb.

Orada binalara və avtomobillərə ziyan dəyib. İlkin məlumatlara görə, Rusiya ordusu iki "X-35" raketindən istifadə edib.

QAZİLER.AZ

Diaspora