Rusiya prezidenti Vladimir Putin Kremldə Qazaxıstanın keçmiş rəhbəri Nursultan Nazarbayevi qəbul edib.
Qaziler.az bildiri ki, bu barədə mayın 29-da Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
“Bu gün prezident Kremldə Moskvada olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb”, o, jurnalistlərə bildirib.
Bundan əvvəl, mayın 17-də Putin Rusiya ilə Qazaxıstan arasında münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu bildirib. Rusiya prezidenti qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəni də yüksək qiymətləndirib.
QAZİLER.AZ