Federal Təhlükəsizlik Xidmətinin (FTX) Rostov vilayəti üzrə İdarəsinin əməkdaşları Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin Ekstremizmlə Mübarizə Mərkəzinin əməliyyatçıları ilə birlikdə radikal xarakterli dini ideyaları yaymaqda ittiham olunan Rusiya vətəndaşının fəaliyyətini dayandırıblar.
Qaziler.az bildirir ki, bu barədə mayın 29-da idarədən məlumat verilib.
Şübhəlinin müsəlman dini təşkilatının rəhbəri olduğu dəqiqləşdirilir. Orada o, digər dini qurumların nümayəndələrinə, eləcə də başqa cərəyanların müsəlmanlarına qarşı radikal münasibəti təbliğ edib. Bundan əlavə, o, rəsmi müsəlman ruhaniləri ilə qarşıdurmalara səbəb olub.
"Sözügedən şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.2-ci maddəsinin 2-ci ("Ekstremist təşkilatın fəaliyyətinin təşkili") və 213-cü maddəsinin 2-ci hissəsi ("Xuliqanlıq") ilə bir qrup şəxsin tərkibində vətəndaşa hücum etmə faktı ilə cinayət işi açılıb", - məlumatda deyilir.
QAZİLER.AZ