Təcili yardım maşını da daxil olmaqla 5 avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə mayın 29-da Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Yekaterinburq-Kurqan avtomobil yolunun 37-ci km-də ekipajı hamilə qadını Kamensk-Uralskidən Yekaterinburqa aparan təcili yardım maşını da daxil olmaqla 5 avtomobilin iştirakı ilə qəza baş verib", - Telegram kanalında yayılan mesajda deyilir.
Zərərçəkənlərdən altısının ambulator müalicəyə buraxıldığı, daha iki qadının isə ixtisaslaşdırılmış tibb müəssisələrinə aparılacağı dəqiqləşib.
QAZİLER.AZ