Paşinyan Ermənistandakı kilsələrin vəziyyətindən şikayətləndi

Paşinyan Ermənistandakı kilsələrin vəziyyətindən  şikayətləndi backend

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki kilsələrin əksəriyyətinin tikinti tullantıları ilə doldurulan şkaf kimi istifadə edilməsindən şikayətlənib.

Qaziler.az-ın məlumatına görə, bu sözlər Baş nazirin “Telegram” kanalında paylaşılıb.

O qeyd edib ki, kilsələrdə lazımsız tullantılar - əlavə mərmər plitələr, sement kisələri, paslı armaturlar saxlanılır. Onun sözlərinə görə, insan mənəvi bir şeylə təmasda olmaq üçün kilsəyə gedir.

“Və birdən içəri girib görürsən ki, bir yerdə zibil səpələnib, hardasa kiminsə paltarı, ayaqqabısı var, kimsə çarpayısını qoyub”, - erməni baş nazir gileylənib.

Paşinyan vurğulayıb ki, ölkədə kilsələrin vəziyyətinin qiymətləndirilməsi üçün standartlar tətbiq edilməlidir.

QAZİLER.AZ

Diaspora