İran Prezidenti Məsud Pezeşkian tədbirdə çıxışı zamanı çətin anlar yaşayıb.
Oxu.Az xəbər verir ki, o, Azərbaycan dilindəki "duman" sözünün farsca qarşılığını tapa bilməyib.
"Dumana nə deyərlər?", - dövlət başçısı zalda əyləşənlərdən soruşub. Onun bu sualı tədbir iştirakçılarında gülüş doğurub.
Kadrları "Azad İran" yayıb.