Kiyevdə yaşayış binasının yaxınlığında partlayış baş verib

Kiyevdə yaşayış binasının yaxınlığında partlayış baş verib backend

Mayın 27-də axşam saatlarında Kiyevin Obolonski rayonunda yaşayış binasının yaxınlığında partlayış baş verib. Polis hadisənin başvermə şəraitini araşdırır.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Kiyev polisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Polisdən verilən məlumata görə, hadisə ilə bağlı məlumat bu gün, yerli vaxtla saat 19:10 radələrində daxil olub. İlkin məlumata görə, naməlum şəxs evin pəncərəsindən qumbara atıb və o, girişin yaxınlığında partlayıb.

Partlayış nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisə yerində Obolon polis idarəsinin istintaq-əməliyyat qrupu işləyir.

QAZİLER.AZ

Diaspora