Rusiyalı aktyor 62 yaşında vəfat etdi

Rusiyalı aktyor 62 yaşında vəfat etdi backend

Rusiyanın teatr və kino aktyoru Vasili Funtikov 62 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə mayın 27-də Rusiya Kinematoqrafçılar İttifaqının saytında məlumat verilib.

Onlar aktyorun dəfn mərasiminin mayın 30-da Xovanskoye qəbiristanlığında keçiriləcəyini bildiriblər.

Vasili Funtikov 1962-ci il, iyulun 5-də Moskvada anadan olub. 

Funtikovun ən məşhur kino əsərlərindən biri "Kroşun tətili" televiziya filmindəki Kroş rolu olub. Aktyor ümumilikdə  30 layihədə, o cümlədən “Naməlum əsgər”, “Təqsirsizlik prezumpsiyası”, “Bazar günü, altının yarısı” və digər layihələrdə iştirak edib. Bundan əlavə, o, Moskva Puşkin Dram Teatrında, Sovet Ordusu Teatrında oynayıb və audiokitablar səsləndirib, Gazeta.Ru əlavə edir.

QAZİLER.AZ

Diaspora