Rusiyada baş verən yol qəzasında 14 nəfər xəsarət alıb

Rusiyada baş verən yol qəzasında 14 nəfər xəsarət alıb backend

Voronej vilayətində baş verən yol qəzasında 14 nəfər xəsarət alıb.

Rusiyanın Voronej vilayətində avtobusla iki yük maşınının toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə mayın 27-də Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

“Qəza nəticəsində “DONG FENG” markalı minik avtomobilinin sürücüsü, o cümlədən avtobus və onun 12 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və təcili tibbi yardım əməkdaşları tərəfindən tibb müəssisəsinə aparılıb”, - deyə idarənin Telegram kanalında bildirilir.

İlkin məlumata görə, Yelets-Voronej marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü qarşıdakı nəqliyyat vasitəsindən təhlükəsiz məsafədə hərəkət etməyib. Bu səbəbdən o, yük maşını ilə toqquşub və yük maşını “KamAZ”a çırpılıb.

İlkin məlumata görə, avtobusda 40 nəfər olub.

Hadisə yerində Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyi işləyir.

Hadisənin başvermə şəraiti də araşdırılır.

QAZİLER.AZ

Diaspora