Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü, mayın 28-də Berlinə səfər edəcək. Orada Almaniya kansleri Fridrix Merz və Frank-Valter Ştaynmayerlə görüşəcək.
Qaziler.az bildirir ki, bu barədə “Spiegel” xəbər verir.
Nəşrin məlumatına görə, Merz Zelenski ilə Ukrayna və Rusiya arasında gələcək texniki danışıqlar üçün mümkün addımları müzakirə etmək istəyir. O, həmçinin ciddi danışıqlara başlamaq üçün Moskvaya təzyiqi artırmaq məqsədi daşıyan Aİ-nin rusiyalılara qarşı yeni sanksiyalar paketi haqqında məlumat verəcək.
Ukraynaya əlavə hərbi yardımın da müzakirə olunacağı gözlənilir.
QAZİLER.AZ