Qazaxıstanın Almatı şəhərində məhkumlar üçün sosial layihəyə start verilib.
Qaziler.az bildirir ki, “Kazinform” agentliyinin müxbiri xəbər verir.
Cəza çəkən məhkumların sosiallaşmasına yönəlmiş “Şuğula” sosial layihəsi həyata keçirilib.
Naurızbay Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, özəl sektorla birlikdə məhkumlar uşaq idman ləvazimatları və park mebellərinin orijinal dizaynını işləyib hazırlayıblar.
Almatı Polis İdarəsinin Narkotik Cinayətkarlığı ilə Mübarizə İdarəsinin rəisi Murat Jumabayevin sözlərinə görə, layihə məhkumlara cəmiyyətə töhfə vermək imkanı verir.
“Bu layihə hər zaman geriyə yolun olduğunu xatırladır”, - o qeyd edib.
Almatı polisi gəncləri sağlam və şüurlu həyat tərzi lehinə seçim etməyə çağırır.
QAZİLER.AZ