Hakan Fidan Rusiya prezidenti ilə görüşəcək

Hakan Fidan Rusiya prezidenti ilə görüşəcək backend

Xarici işlər naziri Hakan Fidan bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ölkənin  xarici işlər naziri Hakan Fidanın sıx diplomatik görüşləri davam edir.

Bu çərçivədə Hakan Fidan bu gün Rusiyaya gedir.

Xarici İşlər Nazirliyi mənbələrindən alınan məlumata görə, xarici işlər naziri Hakan Fidan bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Nazir Fidan daha sonra Rusiya prezidentinin müşaviri Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşəcək.

Hakan Fidan Rusiya-Türkiyə İş Adamları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə də görüş keçirəcək.

Türkiyəli nazir sabah Rusiya xarici işlər naziri Lavrovla da görüşəcək.

QAZİLER.AZ

 

 

Diaspora