Rusiyada məktəb yanıb

Rusiyada məktəb yanıb backend

Rusiyanın Kazan şəhərində 67 saylı məktəbin akt zalında baş verən yanğın söndürülüb

Qaziler.az bildirir ki, bu barədə “Kazan na maksimalkax” Telegram kanalı xəbər verir.

Kazanda 67 saylı məktəbin akt zalında yanğın baş verib.

İlkin məlumatlara görə, bütün uşaqlar tezliklə təxliyə edilib, itki olmayıb.

Hadisə yerində yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları işləyir. Yanğın söndürmə işlərinə başladıqdan bir neçə dəqiqə sonra söndürülüb.

Hadisə şahidləri evakuasiyanın mütəşəkkil şəkildə aparıldığını bildirirlər.

Yanğının səbəbi müəyyənləşdirilir.

QAZİLER.AZ

Diaspora