Elazığın Palu rayonunda kənd mikroavtobusunun aşması nəticəsində baş verən qəzada üçü ağır olmaqla 7 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə ensonhaber məlumat verir.
Palu rayonunda kənd sakinlərini daşıyan avtobusun sürücüsü naməlum səbəbdən sükanın idarəetməsini itirib.
Mikroavtobus idarəetmədən çıxaraq aşıb və yan üstə düşüb.
Qəza nəticəsində avtomobildə olan 7 nəfər xəsarət alıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və jandarma qrupları gəlib.
İlkin tibbi yardımdan sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
QAZİLER.AZ