Rusiya Odessa limanını ballistik raketlə vurdu: Ölən və yaralananlar var

Rusiya Odessa limanını ballistik raketlə vurdu: Ölən və yaralananlar var backend

Rusiya Odessadakı mülki limana raket zərbəsi endirib. Hücum nəticəsində bir işçi həlak olub, 8 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın bərpası üzrə baş nazirin müavini - Ukraynanın icmaların və ərazilərin inkişafı naziri Aleksiy Kuleba və Odessa hərbi administrasiyasının rəhbəri Oleq Kiperin Telegram-dakı bəyanatına istinadən xəbər verir.

"Rusiya Odessa limanını iki ballistik raketlə vurdu", - Kuleba bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində bir nəfər - liman işçisi həlak olub.

Zavodun mülki işçiləri də daxil olmaqla daha səkkiz nəfər yaralanıb.

QAZİLER.AZ

Diaspora