Rusiya Silahlı Qüvvələri (RF Silahlı Qüvvələri) Xarkov vilayətinin Radkovka kəndini ələ keçirib.
Qaziler.az bildirir ki, bu barədə mayın 23-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin üç mexanikləşdirilmiş, dağ-hücum, aviasiya, hücum briqadası, bir ərazi müdafiə briqadası və iki milli qvardiya briqadasının canlı qüvvəsi və texnikasına ziyan dəyib”, - idarəninin məlumatında deyilir.
İdarənin məlumatına görə, düşmən bu istiqamətdə 1585-dən çox əsgər, 3 tank, 13 zirehli döyüş maşını, o cümlədən ABŞ istehsalı olan iki M113 zirehli transportyoru və 65 avtomobil itirib.
Bundan əlavə, hava hücumundan müdafiə vasitələri mayın 20-si saat 20:00-dan mayın 23-ü səhər saat 08:00-dək Ukraynanın 1177 sabit qanadlı pilotsuz uçuş aparatını məhv edib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "xüsusi hərbi əməliyyat" başlayandan bəri Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin (USQ) 35 mindən çox avtomobil texnikasını məhv edib.
QAZİLER.AZ