Xarkovda hərbi komissarlığın sərxoş əməkdaşı onu təhqir edənlərə atəş açıb

Xarkovda hərbi komissarlığın sərxoş əməkdaşı onu təhqir edənlərə atəş açıb backend

Xarkovda sərxoş vəziyyətdə olan hərbi komissarlıq əməkdaşı yeniyetmələrin onu təhqir etdiyi üçün supermarketin yaxınlığında atəş açıb. 

Qaziler.az bildirir ki, bu barədə Ukraynanın “Strana.ua” internet nəşri mayın 23-də məlumat yayıb.

Qeyd olunur ki, hərbi komissarlıq əməkdaşı mağazadan çıxarkən iki gəncin gülüşünü eşidib və azyaşlıların belə davranışına səbəbkar olduğunu zənn edib. Lakin onlar hərbi komissarın sözlərinə reaksiya verməyiblər.

"O, forma geyindiyi üçün uşaqlar ona "TSK"çı adlandırıb. Bunu təhqir hesab edən komissarlıq əməkdaşı sərxoş olduğu və hərəkətlərinə tam nəzarət etmədiyi üçün silahı çıxarıb havaya atəş açıb, uşaqlar buna reaksiya verməyib, sadəcə gülməyə başlayıblar", - nəşr məhkəmənin qərarından sitat gətirir.

Bundan əlavə, saxlanılan şəxs çox yaxşı atıcı olduğunu və heç kimi vurmaq niyyətində olmadığını iddia edib.

Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir. Lakin hadisəyə görə həmin şəxs üç ilə qədər həbs cəzası alacaq.

QAZİLER.AZ

Diaspora