Qazaxıstanın Türkiyədəki səfiri ölkənin TDT-də daimi nümayəndəsi təyin olunub

Qazaxıstanın Türkiyədəki səfiri ölkənin TDT-də daimi nümayəndəsi təyin olunub backend

Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev əlavə olaraq Qazaxıstanın Türk Dövlətləri Təşkilatında (TDT) daimi nümayəndəsi təyin edilib.

Bu barədə "Report" “Akorda”ya istinadən xəbər verir.

Müvafiq fərman Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən mayın 22-də imzalanıb.

TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi statusuna malikdir.

Diaspora