FTX Kalininqradda Qələbə paradı zamanı terror aktının qarşısını alıb - Rusiya KİV

FTX Kalininqradda Qələbə paradı zamanı terror aktının qarşısını alıb - Rusiya KİV backend

Kalininqradda mayın 9-da Qələbənin 80-ci ildönümünün qeyd olunması zamanı parad kolonnasının marşrutunda partlayış hazırlayan Rusiya vətəndaşı saxlanılıb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə 23 mayda Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat verib.

Məlumatda deyilir ki, gənc könüllü olaraq Rusiyada qadağan olunmuş terror təşkilatına qoşulub və kuratorunun göstərişi ilə Ukrayna ərazisindən hərəkət edib.

İstintaqın məlumatına görə, hadisəni törədən şəxs Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi zamanı partlayıcı qurğu işə salmağı planlaşdırıb. Onun “Telegram” messencerində terror təşkilatının nümayəndəsi ilə yazışması terror aktının hazırlandığını təsdiqləyib.

Gənc barəsində həbs qətimkan tədbiri seçilib. Onu 20 ilə qədər həbs gözləyir. İstintaq tədbirləri davam etdirilir.

QAZİLER.AZ

 

Diaspora