Polşa və Belarus sərhədində elektron baryerin iyulda tamamlanacağı vəd edilir

Polşa və Belarus sərhədində elektron baryerin iyulda tamamlanacağı vəd edilir backend

Lyublin voyevodalığında Polşa-Belarus sərhədində tikilən elektron şlaqbaum iyulda hazır olacaq. Bu barədə Polşanın daxili işlər naziri Tomaş Siemonyak bildirib.

Qaziler.az-ın xəbərinə görə, bununla bağlı PAP məlumat yayıb.

Tomaş Siemonyak cümə axşamı Lüblin şəhərində Sərhəd Mühafizəsinin (NOSG) Nadbuzany Departamentinin yaradılmasının 34-cü ildönümü münasibətilə keçirilən mərasimdə iştirak edib.

Brifinq zamanı o xatırladıb ki, Belarusla sərhəddə infrastruktura 2,6 milyard zloti xərclənib. O qeyd edib ki, Polşa-Belarus sərhəddində Lyublin Voyevodalığında Buq sərhəd çayında elektron maneənin tikintisi üzrə işlər davam etdirilir.

"Elektron baryer iyulun 20-dək tam fəaliyyət göstərəcək. Bu, sərhədi təhlükəsiz etmək üçün son dərəcə vacib vasitədir", - Tomaş Siemonyak deyib.

QAZİLER.AZ

 

Diaspora