Vnukovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Vnukovo və Jukovski hava limanlarında  müvəqqəti məhdudiyyətlər tətbiq edilib backend

Moskvanın Vnukovo və Jukovski hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Qaziler.az bildirir ki, Bu barədə mayın 22-də Rosaviatsiya nümayəndəsi Artem Korenyako məlumat verib.

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Vnukovo və Jukovski hava limanlarında onların gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - onun Telegram kanalında deyilir.

Həmin gün Korenyako yazıb ki, Moskva vaxtı ilə saat 21:33-də paytaxtın Domodedovo hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Daha sonra Rosaviasiya qeyd edib ki, məhdudiyyətlər Moskva vaxtı ilə saat 21:50-də götürülüb.

QAZİLER.AZ

Diaspora