Prodüser Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verdiyi üçün həbs edilib

Prodüser Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verdiyi üçün həbs edilib backend

Məşhur prodüser Yuri Bardaş həbs cəzası alıb. Məhkəmə onu Rusiyanın Ukraynaya qarşı müharibəsini təbliğ etməkdə təqsirli bilib.

Bu barədə RBC-Ukrayna Vinnitsa Şəhər Məhkəməsinin hökmünə istinadən məlumat yayıb.

Hökmün mətnində Bardaşın adı qeyd olunmasa da, bunu müvafiq məhkəmə işinin məlumatı sübut edir.

O, sosial şəbəkələrdə Rusiyanın Ukraynaya təcavüzünü əsaslandıran, milli və dini ədavəti qızışdıran materiallar dərc edib və canlı yayımlar aparıb.

Prodüser məhkəmə iclaslarına gəlmədiyi üçün hökm ona qiyabi elan edilib.

QAZİLER.AZ

 

Diaspora