Rusiyada yaşayış binasında baş verən yanğında 5 nəfər ölüb

Rusiyada yaşayış binasında baş verən yanğında 5 nəfər ölüb backend

Rusiyanın Çukotka Muxtar Dairəsinin Anadır şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Qaziler.az bildirir ki, bu barədə mayın 22-də Çukotka Muxtar Dairəsi (AO) Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Çukotkada Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanan evdən 17 nəfəri xilas edib. Onlardan xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Təəssüf ki, hadisə yerində beş ölü tapılıb", - idarə öz Telegram kanalında yazıb.

Yanğının birinci mərtəbədəki mənzildə baş verdiyi bildirilir. Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, yanğın yanğınla ehtiyatsız davranma nəticəsində baş verib.

Hazırda yanğın söndürülüb.

QAZİLER.AZ

Diaspora