Ukraynada Poltavanın mərkəzindəki “I Pyotrun istirahət yerindəki abidə” memorialı sökülüb.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın Mədəniyyət Nazirliyindən verilən məlumatda deyilir.
Abidə 1709-cu ildə isveçlilər üzərində qələbədən sonra rus imperatorunun istirahət etdiyi yerdə ucaldılıb. Onun sökülməsinə apreldə başlanılıb.
Nazirlik abidəni müstəmləkəçiliyin simvolu adlandırıb və bunun Ukraynada “imperator mövcudluğunu qanuniləşdirmək” məqsədi daşıdığını bildirib. Tarixi dəyərli elementlər saxlanılmaq üçün muzeyə təhvil veriləcək. Memorialın yerində “Ukraynanın milli dəyərlərini təmsil edəcək” obyekt quraşdırmağı planlaşdırırlar.
Abidə 1817-ci ildə ucaldılıb. Əvvəlcə kərpicdən obelisk tikilib. Saxlanılan memorial 1849-cu ildə Poltava döyüşünün 140 illiyi şərəfinə tikilib.
Abidənin müəllifi rəssam və memar Aleksandr Bryullovdur.
QAZİLER,AZ