Lukaşenko: "Belarusun miqrantlara ehtiyacı var"

Lukaşenko: "Belarusun miqrantlara ehtiyacı var" backend

"Hazırda Belarusda işçi qüvvəsi çatışmazlığı yaşanır".

Qaziler.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, bu çatışmazlıq keçmiş SSRİ ölkələrinin əmək resursları hesabına kompensasiya edilə bilər.

"Bütün dünyada olduğu kimi, Asiya və Afrikanın bəzi ölkələri istisna olmaqla, bizdə də işçi qüvvəsi çatışmazlığı var. Şükürlər olsun ki, bu, hələ fəlakətli deyil. Amma biz bunun fəlakətə çevrilməsinə imkan verməməliyik. Ona görə də, ilk növbədə keçmiş Sovet İttifaqı respublikalarından işçi qüvvəsinin cəlb edilməsi barədə qərar qəbul edilib”, - Lukaşenko deyib. 

QAZİLER.AZ

 

Diaspora